21 Temmuz 2014 Pazartesi

Tarixdə Əfqanların köçürülmüş Alban tayfaları olması faktları

Əmir Teymurun Azərbaycana yürüşü zamanı o, Zəngəzur ərazisində xeyli itki vermişdi. 1395 -ci ildə tutduğu bu ərazisini xarabazara çevirmiş, 10 min alban ailəsini İmperiyanın Şərq hissəsi olan - Əfqanıstana köçürmüşdü. Həmin dövrdə yaşayan erməni tarixçisi Foma Mesoplu bu hadisələrin canlı şahidi kimi "Ağvan tarixi(Alban tarixi)" əsərində bu hadisəni təsdiq etmişdir. Hətta sonrakı dövrdə yaşayan Yesai Celal da öz "Alban ölkəsinin qısa tarixi" əsərində bu məsələyə toxunmuşdur.Yesai Celalın əsəri Ziya Bünyadov tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş və etbarlı mənbə hesab edilmişdir. Məlumatlara görə bu ailələrdən 4 mini "Qəndəhar" ərazisində məskunlaşdırılmış və ekstremal şəraitdə yaşamağa məcbur edilmişdir. Tarixdəki məcburi köçlərdən biri kimi bu köç də insanlara xeyli ziyan və itkidən başqa bir şey verməmişdir. Quraq ərazisi ilə tanınan bölgə hal- hazırda da Əfqanıstanın cənub əyalətinə uyğun gəlir. Maraqlı fakt kimi göstərə bilərik ki, Foma Mesoplu "əfqan" adının "Ağvan" adından törədiyini qeyd edərək yazır,  " Ağvanlar tezliklə köçdükləri yerdə Məhəmməd (sas) -in dinini (İslam dinini-red.) qəbul edərək çoxaldılar və o yerlərin hakim tayfasına çevrildilər". Ərazidəki əhalinin də bir - birinə "ağvan" deyə müraciət etməsi bu faktın əyani bir sübutudur.
Car salnaməsinin qeydlərində bu fakta toxunulub. Çünki Nadir şah Car vilayətini məhv etmək üçün dağlı əfqan tayfalarından "abdallardan" istifadə etmişdir. Məlumdur ki, Nadir şah bir çox yürüşə Əfqan tayfa başçılarından istifadə edib. Abdallı Qəni xan, Azad xan və s. buna misal ola bilər. Car salnaməsində kəndi ələ keçirmək istəyən abdalların 200-ə yaxın itki verərək Qoloda(Dağlıq Car) kəndini yandırmasından danışılır. Həmin hadisə ilə baglı qeydlərdə yuxarıda yazdığımız Əfqan-Alban bağlılığı qeyd olunur.
Bir fakt da vardır ki, Qanqa qar (Кhанда гар) - Ləzgi dilində "Külək istəyirəm" deməkdir. Ləzgilər "leq" tayfası kimi Albanların tərkibində olduğuna görə bu nəzərə çarpan faktlar araşdırılmalıdır.
Menbeler : 
1)Yesai Celal "Alban ölkesinin qisa tarixi" seh. 22 ve qeyd 110 
2)Car salnamesi qeyd(Salname)181-seh.111 
3)Q.M.Mamedov "Qainame" seh. 78. qeyd 5
                                                                                 Məqalə : Admin