Hal-hazırda Dədə Qorqud meydanı adlandırılan Zaqatala meydanı tarixi baxımdan çox qədim məkan sayılır. Burada yerləşən iri,əzəmətli çinarlar illər boyu Zaqatala sakinlərinin istirahət,yığıncaq yerinə çevrilmişdir. Tarixdə "Çinar meydanı" adı ilə tanınan bu meydan haqqında Zaqatala zonası haqda ətraflı məlumatın verildiyi "Car salnaməsi" əsəri və onun qeydlərindən məlumat ala bilərik.
Bəzi alıntılar:
![]() |
Zaqatala "Dədə Qorqud" meydanı |
Bəzi alıntılar:
"Car icmasının kitabxanası şəhər meydanındakı məscidin nəzdində yerləşirdi."(səh.8) Əsərin sonunda isə izah edilir...
"Şəhər meydanında sonradan tikilmiş olan kilsə və kostyol indi də durur,lakin məscid sovet dövründə dağıdılmışdır. Maraqlıdır ki, qədimdən bəri dini məbədlər bu cür meydanlarda(paradizlərdə) qurulurdu. Zaqatala meydanında sıra ilə əkilmiş çinarlardan ən qocasına 700 il yaş verirlər ki, bu da meydanın qədimliyini göstərir. Car-tala icmasının yığıncaqları bu meydanda keçirilirdi. Arxeoqrafik sənədlərin birində "meydanu-l-huriyyə" (azadlıq meydanı) kimi gedir ki, bu da, ola bilsin, "meydanu-l-hauriyyə" - "Çinarlar meydanı" olmalıdır.
XIX əsr Qərb və rus tarixi ədəbiyyatında Car-tala icmalarının xalq ordusu kimi çıxış edən arxaik Yunan azad icmaları ilə müqayisə edilməsini və Qafqaz dillərinin relikt dillər sayılmasını nəzərə alaraq bu aspektdə latın dilində popilus/populus - çinar/platan,topol sözünün mənşəyinin xalq yığıncaqları /populus -xalq,vətəndaşlıq icması / ilə əlaqədar olmasını, çinar sözünün avarca açılışı "çi - kişi , nar - oturmaq üçün taxta,kürsü" , qafqaz dillərində (avar,çeçen) "bo,bodul,bol - xalq,icma,ordu " və "biharo-çinar" , qeyd etdiyimiz ərəbcə "hurr-azad" , "haur-çinar" sözlərini ... və s. qeyd etmək olar. " (QEYD VƏ ŞƏRHLƏR №9)
Bu fikirlərlərə istinadən Zaqatala "Çinar meydanı"-nın çox qədim(700) il tarixə malik olmasını və sıra ilə əkilmiş çinarların kölgəsində tarixi yığıncaq və məclislərin keçirilməsini söyləmək olar. Müəllif dillər arasında bağlılığı qeyd edərək "Xalq-Çinar" sözlərinin qohumluğunu vurğulamaq istəyir.
Zaqatala meydanında sovet dövründə sökülən məscidin yerinə(salnamədə bəhs olunan məscid) tikilmiş kilsəni çoxları "alban" kilsəsi hesab edir, lakin alban memarlıq üslubundan fərqli formada üzərində xaçla tikilmiş bu kilsə tipik pravoslav kilsəsidir.

Zaqatala "Çinar meydanı" hal-hazırda "Dədə Qorqud" meydanı adlandırılır. Orada yerləşən 700 yaşlı və onun ətrafındakı çinarlar ötən illərdə güclü qar yağışına dözməyərək yıxılmışdır. Buna görə meydan yenidən dekorasiya edilərək fərqli formada təmir edilmişdir. Köhnə və yeni meydanın şəkilləri :
XIX əsr Qərb və rus tarixi ədəbiyyatında Car-tala icmalarının xalq ordusu kimi çıxış edən arxaik Yunan azad icmaları ilə müqayisə edilməsini və Qafqaz dillərinin relikt dillər sayılmasını nəzərə alaraq bu aspektdə latın dilində popilus/populus - çinar/platan,topol sözünün mənşəyinin xalq yığıncaqları /populus -xalq,vətəndaşlıq icması / ilə əlaqədar olmasını, çinar sözünün avarca açılışı "çi - kişi , nar - oturmaq üçün taxta,kürsü" , qafqaz dillərində (avar,çeçen) "bo,bodul,bol - xalq,icma,ordu " və "biharo-çinar" , qeyd etdiyimiz ərəbcə "hurr-azad" , "haur-çinar" sözlərini ... və s. qeyd etmək olar. " (QEYD VƏ ŞƏRHLƏR №9)
Zaqatala meydanında sovet dövründə sökülən məscidin yerinə(salnamədə bəhs olunan məscid) tikilmiş kilsəni çoxları "alban" kilsəsi hesab edir, lakin alban memarlıq üslubundan fərqli formada üzərində xaçla tikilmiş bu kilsə tipik pravoslav kilsəsidir.

Zaqatala "Çinar meydanı" hal-hazırda "Dədə Qorqud" meydanı adlandırılır. Orada yerləşən 700 yaşlı və onun ətrafındakı çinarlar ötən illərdə güclü qar yağışına dözməyərək yıxılmışdır. Buna görə meydan yenidən dekorasiya edilərək fərqli formada təmir edilmişdir. Köhnə və yeni meydanın şəkilləri :
![]() |
Zaqatala meydanı "Köhnə görünüşü" |
![]() |
Zaqatala meydanı "Yeni görünüşü" |