29 Aralık 2014 Pazartesi

Qafqaz Legionu ( II Dünya müharibəsi )

Cənubi Qafqaz legionu (alm. Nordkaukasische Legion) , daha sonralar II Türkistan legionu (alm Turkestanische Legion).
Qafqaz müharibəsi üçün qafqazlılardan hazırlanmış ordu hissələri idi.


                                                         Şəkil - Kabardin könüllü dəstələri

1942-ci ildə Varşavada qafqazlılardan ibarət qoşun yaradıldı. Könüllülərə çeçen, inquş, ləzgi, kabardin , balkar və digər xalqların (həmçinin azərbaycanlıların) nümayəndələri daxil idi. Əvvəlcə General Qutmanın rəhbərliyi altında 3 batalyondan ibarət idi. Daha sonra Şimali Qafqaz Komitəsi qurulmuşdur. Rəhbərlikdə dağıstanlı Nəbi Ağayev (abver agenti), osetin Əlixan Kantemirov (köhnə müdafiə naziri), Sultan Giray Kılıç ( Dağ Komitəsində Ağ ordunun sabiq sədri) idi. Komitə rus dilində "Qazavat" qəzetini buraxmışdır.

 
                                                           Şəkil -Qafqazlı könüllülər

Legion 8 batalyonlardan ibarət idi  - 800, 802, 803, 831, 835, 836, 842 və 843 saylı batalyonlar. Onlar həmçinin Normandiya, İtaliya və Hollandiyada da fəaliyyət göstərmişdir. 1945-ci ildə Şimali Qafqaz döyüş dəstələrinə qoşulmuş və sona qədər SSRİ-ə qarşı vuruşmuşlar. Əsir düşmüş əsgərlərə faşist almanları ilə müttəfiqlik(əməkdaşlıq) etdiklərinə görə edam cəzası verilmişdir.

Северокавказский легион вермахта (нем. Nordkaukasische Legion), позднее 2-й Туркестанский легион (нем. 2. Turkestanische Legion) — военное подразделение немецкой армии времён Второй мировой войны, созданное из кавказских коллаборационистов.

    Legionun gerbi


История:
Формирование легиона началось в сентябре 1942 года под Варшавой из военнопленных кавказцев. В число добровольцев вошли представители таких народов, как чеченцы, осетины, ингуши, лезгины, кабардинцы, балкарцы и так далее. Изначально легион состоял из трёх батальонов, которыми командовал капитан Гутман.


                                            Şəkil - Qaraçaylılardan ibarət könüllü dəstələr

В формировании легиона и призыве добровольцев участвовал Северо-Кавказский комитет. В его руководство входили дагестанец Ахмед-Наби Агаев (агент абвера),осетин Алихан Кантемиров (бывший военный министр Горской республики) и Султан-Гирей Клыч (бывший генерал Белой армии, председатель Горского комитета). Комитет выпускал газету «Газават» на русском языке.
В состав легиона вошли итого восемь батальонов под номерами 800, 802, 803, 831, 835, 836, 842 и 843. Они несли службу как в Нормандии, так и в Голландии, и в Италии. В 1945 году легион был включён в Северо-Кавказскую боевую группу Кавказского соединения войск СС и сражался против советских войск до конца войны. Попавшие в советский плен солдаты легиона были приговорены военно-полевыми судами к смертной казни за сотрудничество с немецко-фашистскими оккупантами.

9 Eylül 2014 Salı

Zaqatala Meydanının tarixi

Hal-hazırda Dədə Qorqud meydanı adlandırılan Zaqatala meydanı tarixi baxımdan çox qədim məkan sayılır. Burada yerləşən iri,əzəmətli çinarlar illər boyu Zaqatala sakinlərinin istirahət,yığıncaq yerinə çevrilmişdir. Tarixdə "Çinar meydanı" adı ilə tanınan bu meydan haqqında Zaqatala zonası haqda ətraflı məlumatın verildiyi "Car salnaməsi" əsəri və onun qeydlərindən məlumat ala bilərik.
Zaqatala "Dədə Qorqud" meydanı
Zaqatala "Dədə Qorqud" meydanı


Bəzi alıntılar:
"Car icmasının kitabxanası şəhər meydanındakı məscidin nəzdində yerləşirdi."(səh.8) Əsərin sonunda isə izah edilir...
"Şəhər meydanında sonradan tikilmiş olan kilsə və kostyol indi də durur,lakin məscid sovet dövründə dağıdılmışdır. Maraqlıdır ki, qədimdən bəri dini məbədlər bu cür meydanlarda(paradizlərdə) qurulurdu. Zaqatala meydanında sıra ilə əkilmiş çinarlardan ən qocasına 700 il yaş verirlər ki, bu da meydanın qədimliyini göstərir. Car-tala icmasının yığıncaqları bu meydanda keçirilirdi. Arxeoqrafik sənədlərin birində "meydanu-l-huriyyə" (azadlıq meydanı) kimi gedir ki, bu da, ola bilsin,  "meydanu-l-hauriyyə" - "Çinarlar meydanı" olmalıdır.
XIX əsr Qərb və rus tarixi ədəbiyyatında Car-tala icmalarının xalq ordusu kimi çıxış edən arxaik Yunan azad icmaları ilə müqayisə edilməsini və Qafqaz dillərinin relikt dillər sayılmasını nəzərə alaraq bu aspektdə latın dilində popilus/populus - çinar/platan,topol sözünün mənşəyinin xalq yığıncaqları /populus -xalq,vətəndaşlıq icması / ilə əlaqədar olmasını, çinar sözünün avarca açılışı "çi - kişi , nar - oturmaq üçün taxta,kürsü" , qafqaz dillərində (avar,çeçen) "bo,bodul,bol - xalq,icma,ordu " və "biharo-çinar" , qeyd etdiyimiz ərəbcə "hurr-azad" , "haur-çinar" sözlərini ... və s. qeyd etmək olar. " (QEYD VƏ ŞƏRHLƏR №9)


Bu fikirlərlərə istinadən Zaqatala "Çinar meydanı"-nın çox qədim(700) il tarixə malik olmasını və sıra ilə əkilmiş çinarların kölgəsində tarixi yığıncaq və məclislərin keçirilməsini söyləmək olar. Müəllif dillər arasında bağlılığı qeyd edərək "Xalq-Çinar" sözlərinin qohumluğunu vurğulamaq istəyir.

Zaqatala meydanında sovet dövründə sökülən məscidin yerinə(salnamədə bəhs olunan məscid) tikilmiş kilsəni çoxları "alban" kilsəsi hesab edir, lakin alban memarlıq üslubundan fərqli formada üzərində xaçla tikilmiş bu kilsə tipik pravoslav kilsəsidir.

Zaqatala "Çinar meydanı" hal-hazırda "Dədə Qorqud" meydanı adlandırılır. Orada yerləşən 700 yaşlı və onun ətrafındakı çinarlar ötən illərdə güclü qar yağışına dözməyərək yıxılmışdır. Buna görə meydan yenidən dekorasiya edilərək fərqli formada təmir edilmişdir. Köhnə və yeni meydanın şəkilləri :
Zaqatala meydanı "Köhnə görünüşü"

Zaqatala meydanı "Yeni görünüşü"

31 Ağustos 2014 Pazar

Suvagil kəndinin tarixi


Suvagil kəndi haqqında məlumat.



Suvagil kəndi Zaqatalanın qədim kəndlərindən biridir.Onun haqqında Əhməd İsayevin yazdığı tarixi oçerkdən məlumat ala bilərik. Oradan bəzi alıntılar:
"...Görəsən bəs yaşı neçədir bu kəndin? Əlbəttə dəqiq demək çətindir.Hələlik əldə olan yeganə sənədlərdən birini yada salmaq istəyirəm.Dağıstan Dövlət Arxivinin ikinci fondundaki 142 saylı işdə bir arayış saxlanılır. 1900-cü ildə saxur icmasının müvəkkili yazır ki, Zaqatala dairəsinin su ayrıcındaki sıldırımlar arasında dərəli-təpəli sahədə  Baldırğan adlı təhlükəsiz bir yer var. Burada 1630-cu ildə bir nəfər saxurlu karvansara tikib. Bu, saxurların dağa, arana gediş gəliş yoludur. Baldırğan deyilən sahə köhnə Suvagilin bir hissəsi, əslində elə ilkin Suvagilin özüdür. Digər bir mənbənin məlumatına görə kəndin təməli 1612-ci ildə qoyulub. Necə oldusa arada bir əhali köçüb gedib. İkinci dəfə onlar 1621-ci ildə bu yerlərə birdəfəlik yığışıblar. Aradan təqribən on il keçəndən sonra mənbələrin yazdığına görə burada karvansara tikilib. 1747-ci ildə Suvagil kəndində Bayram Hacıməhəmməd oğlunun xeyir duasl ilə yerli uatalardan Rəcəb,Abakar və Əhməd məscid binasını inşa ediblər. Elə həmin dövrdə Blız bulağından( Bılızna göldən) saxsı borularla məscidin həyətinə su çəkilib. Çaylaq daşından olan kitabə akademik Məşədixanım Nemət tərəfindən aşkarlanaraq şəkli onun "Azərbaycan epiqrafik abidələrinin korpusu" kitabında verilib.(II cild,Bakı-2001, səh 90,125 ) ... ... Deməli , Suvagil kəndi Baldırğanın yanında "Kaçappıri" dağının döşündə, yalçın qayaların qoynunda qartallar yuvası kimi məskən salıb. 1871-ci il dəqiq siyahıyaalma məlumatına görə saxurların sayı 21.357 nəfər idi.(Qafqaz dağlıları haqqında məlumat toplusu, Tiflis,1872) Onun 989 nəfəri Suvagildə yaşayırdı..." (səh 50-51)
Əsərdə Suvagil adının Suva- saxurca "dağ", qal - saxurca keçid mənasına gəlməsindən yazılır. Tarixçilərin variantı Suva-gel = dağda yaşayan gellər variantı da qeyd olunmuşdur. Lakin kəndin aran-dağ əraziləri arasında keçid rolunu oynaması və Qara çay vadisinində "Qal"-keçid aşırım mənasında öz əksini tapması bu toponimi dəstəkləyir. Dağ keçidi olan bu qədim kənd XX əsrin ortalarında Zaqatalanın düzən ərazisinə köçürülərək orada yeni kənd salınmışdır.
Bundan başqa əsərdə 1930-cu ildə Suvagildə güllələnən qolçomaqlar, sonrakı dövrdəki Suvagilli ziyalılar, o cümlədən saxur xalqı haqqında geniş məlumat verilmişdir.
Biz isə Caucaspedia olaraq 1855-ci ilə aid tarixi xəritədə Suvagil adini sizə təqdim edirik.

Xəritə:  ((Karte vom Kaukasus nach der russischen General-Stabs-Karte in 4 Bl. und andern guten Materialien entworfen und gezeichnet von F. Handtke). (in upper margin:) Russisch-Turkischer Kriegsschauplatz in Asien. No. 2. (Lithographie, Druck und Verlag von C. Flemming in Glogau. 1855, Author:Berghaus, Heinrich))

9 Ağustos 2014 Cumartesi

Avar Ümmə xan


Avar Ümmə xan
doğulub : 1761 və ya 1762 (Hicri təqvimlə 1175) - Xunzax
vəfat edib : 1801 – Balakən(1) və ya Ilisu(12)
Avar xanlığının başçısı kimi xanlığın ərazisini qonşu ərazilər hesabına genişləndirərək qüdrətli dövlət qurmuş, "Böyük xan" titulu almışdır(2)
Şəki, Quba, Şirvan, Dərbənd, Bakı xanlarından xərac almış, Osmanlı Axalsıx paşasının müttəfiqi olmuşdur.(3) Ümmə xan haqqında danışanlar onun cəsarətli və təşəbbüskar olduqlarını deyirler. Onun hakimiyyəti dövründə ordu bütün ləvazimatlarla yaxşı təmin oluna bilmiş, xüsusi döyüş bacarığına malik olmuşdur. Hakimiyyət dairəsi kicik olsa da, digər xalqlar üzərindəki təsiri böyük olmuşdur, belə ki, özünü Dagıstanın hakimi kimi təqdim etməsi haqqında Я. И. Костенецкого məlumat verir(4)
1785-ci ildə Qarabağlı Ibrahim xan və Gürcü II Irakli arasında vəziyyət pisləşir və Ibrahim xanın Dağıstandakı qohumlarına çağırısı ilə Ümmə xan ordusu ilə bura yürüş edir. Dağlıların komandanı asanlıqla Sıqnağı və Ermənistanın şimalındakı qalaları tutur. Ümmə xanın yürüşü o qədər təsirli olur ki, o yürüşü dayandırmayaraq cənuba doğru irəliləyə bilir. Naxçıvana getdikdən sonra qışlamaq üçün Axalsıxa qayıdır. Ümmə xan burada Osmanlının şərq qoşunlarının komandanı Süleyman Paşa ilə görüşür. Axalsıx paşası ilə əldə olunan razılığa əsasən, rusları Gürcüstandan sıxışdırıb çıxarmaq üçün paşa Kartalinidən, Ümmə xan isə Kaxetidən eyni vaxtda hücum etməli idi(5)
Ümmə  xanın yardımı həmişə təmənnasız olmayıb. Müharibəni sənət hesab edən dağlı qoşunu bunun qarşılığında onları köməyə çağıran xanlardan xidmət haqqı tələb edirdi. Təkcə Qarabağ xanlığı yox, Quba xanlığı da dağlıların köməyindən istifadə etmişdir. Məsələn, Qubalı Fətəli xan 10 min nəfərlik avar,ləzgi,dargin və laklardan ibarət muzdlu qoşun saxlayırdı.
1780-cı ildə dağlılar bira daha İbrahim xanın çağırışına Qarabağa gəldilər. Amma xidmətləri üçün heç nə ala bilmədilər.Arxivlərdə göstərilir ki, bu yürüşdən qayıdan dağlılar Dərbəndə aid bəzi yerlərə  dağıdıcı yürüş edirlər. Başqa bir arxivdə yazılır ki, “İbrahim xan xəracı ödəyə bilmədiyi üçün öz yerini tərk edib qaçır, bir çox kənd viran edilir, dağlılar iki min əsir və bir neçə min mal-qara ilə geri qayıdırlar”
1785-ci ildə gürcü çarı II İrakli Ümmə xanın növbəti hücumlarından birinin qarşısını almaq üçün rus-gürcü qoşunları ilə Sıqnaq qalasına gəlir.Rus Batalyonlarının komandanı polkovnik Burnoşov çar İrakliyə Qanığın keçidində Ümmə xanın qoşununa zərbə endirməyi təklif edir.Lakin İrakli Ümmə xanın gücünə daha yaxşı bələd idi. Məğlub olacaqlarını bildiyi üçün “Kaxetinin hərbi əməliyyat üçün əlverişli olmayan yerlərində müdafiə olunmağa” qərar verdi (5)
Həmin il yaz-yay aylarında Ümmə xan gürcü çarına tabe olan ərazilərə aramsız hücumlar edir. Bu hücumların qarşısında aciz qalan İraklinin yalvarışlarına isə yalnız sentyabrın 29-da cavab verir və hərbi əməliyyatların dayandırması üçün ondan hər il 10 min rubl bac ödəməsini, həmçinin döyüşlərdə əsir götürülmüş gürcü döyüşçülərinin hər birinə 50 rubl ödəməsini tələb edir (6)
1785-ci il avqust yürüşündə Ümmə xanın 20.000 nəfərlik qoşununun 9.000 nəfəri car-balakənlilərdən təşkil olunmuşdu(7)
Ertəsi gün əsirləri satın alacağını bildirən İrakli Ümmə xandan təzminat məsələsi həll edilənədək Qanığın o tayına, yəni sol sahilinə keçməsini xahiş edir. Lakin Ümmə xan geri qayıtmır. Oktyabrın 3-də Osmanlı imperiyasının hüdudlarına daxil olur və oradan İmereti Kartalini sərhədlərinə aramsız hücumlar edir. 1785-ci il noyabrın 29-da general Potyomkin Ümmə xanın bütün Gürcüstanı iflic vəziyyətinə salmış hücumlarının qarşısını almaq üçün ona 1000 çervon(qızıl) və bahalı tütün qutusu hədiyyə göndərir. Gürcü çarı İrakli isə tələb olunan bacı ödəyir (8)
Lakin bu, gürcü çarını və onun himayələrini növbəti hücumlardan xilas etmir. Əksinə XVIII əsrin sonu-XIX əsrin əvvəllərində bu hücumlar daha da intensivləşir. 1800-cü ilin avqustunda Ümmə xan növbəti dəfə böyük bir qüvvə ilə Gürcüstana yürüş edir. Ümmə xanın qüvvələri Balakəndə ikən bundan xəbər tutan gürcü çarı Georgi erməni əsilli çar generalı Lazaryevə iki batalyonla Kaxetiyə hərəkət etməsi üçün yalvarır. Lakin general Lazarev bu xəbərə əhəmiyyət verməyərək çar Georgiyə “ləzgilərə” qarşı gürcü qoşununu yollamağı tövsiyyə edir.
Gürcülər Sıqnağın kəndlərinin əhalisi müdafiə etmək üçün Sıqnaq qalsına toplayırlar.Lakin Ümmə xan Qanıxın sağ sahilinə keçməyə tələsmitdi. Oktyabr ayınadək Balakəndə qalan Ümmə xan dəstələrinə gürcü şahzadəsi Aleksandr və Qarabağlı İbrahim xan da öz dəstələri ilə qoşulurlar(9)  Oktyabrın sonlarında Ümmə xan Qanıxı keçərək Qara Ağaca gəlir və burada qüvvələrini iki yerə bölür: dəstələrdən biri Tiflisə , digəri isə imeretinlər və şahzadə Aleksandrın qardaşları Vaxtanq,Yulon və Parnaozun hərbi qüvvələri ilə birləşmək üçün Kür çayını keçərək İmeretiyə doğru hərəkət etməli idi. Onların Gürcüstanın içərilərinə hərəkətinin qarşısını almağa çalışan rus hərbi dəstələri general Lazarevin komandanlığı altında Qabırrı(İori) çayına doğru hərəkət edir. Qabırrı çayının yaxınlığındakı düzənlikdə mövqe tutan rus hərbi dəstələri general Lazarev tərəfindən 3 cinaha ayrılır. 1) General –Mayor Qulyakovun dəstəsi sağ cinahda , 2)Lazarevin dəstələri sol cinahda mövqe tuturlar. İki cinah arasında-mərkəzdə isə gürcü şahzadələri İoann və Baqratın komandanlıq etdikləri gürcü hərbi qüvvələri yerləşdirilir. Tezliklə Ümmə xanın dəstələri Qabırrı çayının sol sahilində görünürlər. Ümmə xan sağ cinaha hücüm edir və öz atlı dəstəsi ilə onu iki tərəfdən mühasirəyə alır. Lakin həmin dövrün ən müasir silahları ilə təchiz olunan rus dəstələri hərbi texnikanın köməyi ilə vəziyyəti öz xeyirlərinə dəyişirlər, top atəşləri Ümmə xanın dəstələri arasında qarışıqlıq yaradır.(10) O, vaxt itirmədən yenidən qüvvələri səfərbər edir və  mərkəzi cinaha-gürcü hərbi qüvvələrinə hücum edir. Bir dəstə atlı isə rus hərbi qüvvələrinin arxasına keçir. Lakin rus hərbi qüvvələrinin sağ cinahından aramsız açılan top atəşləri Ümmə xanın hücum planının uğurla başa çatdırılmasına imkan vermir. Üç saat davam edən döyüşdə Ümmə xan ağır yaralanır, iki sərkərdəsi həlak olur. İtkilər verən Ümmə xan öz hərbi qüvvələri ilə geriyə-Car-Balakənə çəkilir. Bu döyüşdən sonra döyüş iştirakçısı olan rus zabit heyəti mükafatlandırılır. General-mayor Lazarevə, Qulyakova, gürcü şahzadələri Baqrat və İohana müqəddəs İohan Yerusələmski ordeninin cəngavər xaçları, digər zabitlərə isə həmin ordenin kavaler xaçı təqdim edilir. Aşağı rütbəli döyüşçülə isə hər biri bir gümüş rublla mükafatlandırılırlar.(11)
Ümmə xan 1803-cü ildə deyilənə görə Balakəndə vəfat etmişdir.(1)Digər bir mənbədə isə İlisuda vəfat etdiyi deyilir.(12)

Mənbələr
1)Мирза Адигезаль-бек КАРАБАГ-НАМЕ
2)Геничутлинский X. Историко-биографические и исторические очерки / пер. Т. М. Айтберова. Махачкала, 1992
3)Магомедов М. История аварцев. Проверено 26 января 2013. Архивировано из первоисточника 2 февраля 2013
4)Я. И. Костенецкий Аварская экспедиция 1837 г. // «Современник» 1850 г., кн. 10—12 (отдельное издание: Записки об Аварской экспедиции СПб., 1851)
5) [Бутков П,Я – Материалы для новой истории Кавказа с 1722 по 1803 , 2-ци cild с 179]
6)Yenə orada səh. 180-185
7)Yenə orada səh.158
8)Yenə orada səh. 187,190
9)Дубровин, "история войн на Кавказе-1886"- с.320
10)Yenə orada səh 323,327
11)Yenə orada səh. 101,329
12)Аббас-Кули-ага Бакиханов. Гюлистан-и Ирам / Буниятов З. М. Баку, 1991

21 Temmuz 2014 Pazartesi

Tarixdə Əfqanların köçürülmüş Alban tayfaları olması faktları

Əmir Teymurun Azərbaycana yürüşü zamanı o, Zəngəzur ərazisində xeyli itki vermişdi. 1395 -ci ildə tutduğu bu ərazisini xarabazara çevirmiş, 10 min alban ailəsini İmperiyanın Şərq hissəsi olan - Əfqanıstana köçürmüşdü. Həmin dövrdə yaşayan erməni tarixçisi Foma Mesoplu bu hadisələrin canlı şahidi kimi "Ağvan tarixi(Alban tarixi)" əsərində bu hadisəni təsdiq etmişdir. Hətta sonrakı dövrdə yaşayan Yesai Celal da öz "Alban ölkəsinin qısa tarixi" əsərində bu məsələyə toxunmuşdur.Yesai Celalın əsəri Ziya Bünyadov tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş və etbarlı mənbə hesab edilmişdir. Məlumatlara görə bu ailələrdən 4 mini "Qəndəhar" ərazisində məskunlaşdırılmış və ekstremal şəraitdə yaşamağa məcbur edilmişdir. Tarixdəki məcburi köçlərdən biri kimi bu köç də insanlara xeyli ziyan və itkidən başqa bir şey verməmişdir. Quraq ərazisi ilə tanınan bölgə hal- hazırda da Əfqanıstanın cənub əyalətinə uyğun gəlir. Maraqlı fakt kimi göstərə bilərik ki, Foma Mesoplu "əfqan" adının "Ağvan" adından törədiyini qeyd edərək yazır,  " Ağvanlar tezliklə köçdükləri yerdə Məhəmməd (sas) -in dinini (İslam dinini-red.) qəbul edərək çoxaldılar və o yerlərin hakim tayfasına çevrildilər". Ərazidəki əhalinin də bir - birinə "ağvan" deyə müraciət etməsi bu faktın əyani bir sübutudur.
Car salnaməsinin qeydlərində bu fakta toxunulub. Çünki Nadir şah Car vilayətini məhv etmək üçün dağlı əfqan tayfalarından "abdallardan" istifadə etmişdir. Məlumdur ki, Nadir şah bir çox yürüşə Əfqan tayfa başçılarından istifadə edib. Abdallı Qəni xan, Azad xan və s. buna misal ola bilər. Car salnaməsində kəndi ələ keçirmək istəyən abdalların 200-ə yaxın itki verərək Qoloda(Dağlıq Car) kəndini yandırmasından danışılır. Həmin hadisə ilə baglı qeydlərdə yuxarıda yazdığımız Əfqan-Alban bağlılığı qeyd olunur.
Bir fakt da vardır ki, Qanqa qar (Кhанда гар) - Ləzgi dilində "Külək istəyirəm" deməkdir. Ləzgilər "leq" tayfası kimi Albanların tərkibində olduğuna görə bu nəzərə çarpan faktlar araşdırılmalıdır.
Menbeler : 
1)Yesai Celal "Alban ölkesinin qisa tarixi" seh. 22 ve qeyd 110 
2)Car salnamesi qeyd(Salname)181-seh.111 
3)Q.M.Mamedov "Qainame" seh. 78. qeyd 5
                                                                                 Məqalə : Admin