Suvagil kəndi haqqında məlumat.

"...Görəsən bəs yaşı neçədir bu kəndin? Əlbəttə dəqiq demək çətindir.Hələlik əldə olan yeganə sənədlərdən birini yada salmaq istəyirəm.Dağıstan Dövlət Arxivinin ikinci fondundaki 142 saylı işdə bir arayış saxlanılır. 1900-cü ildə saxur icmasının müvəkkili yazır ki, Zaqatala dairəsinin su ayrıcındaki sıldırımlar arasında dərəli-təpəli sahədə Baldırğan adlı təhlükəsiz bir yer var. Burada 1630-cu ildə bir nəfər saxurlu karvansara tikib. Bu, saxurların dağa, arana gediş gəliş yoludur. Baldırğan deyilən sahə köhnə Suvagilin bir hissəsi, əslində elə ilkin Suvagilin özüdür. Digər bir mənbənin məlumatına görə kəndin təməli 1612-ci ildə qoyulub. Necə oldusa arada bir əhali köçüb gedib. İkinci dəfə onlar 1621-ci ildə bu yerlərə birdəfəlik yığışıblar. Aradan təqribən on il keçəndən sonra mənbələrin yazdığına görə burada karvansara tikilib. 1747-ci ildə Suvagil kəndində Bayram Hacıməhəmməd oğlunun xeyir duasl ilə yerli uatalardan Rəcəb,Abakar və Əhməd məscid binasını inşa ediblər. Elə həmin dövrdə Blız bulağından( Bılızna göldən) saxsı borularla məscidin həyətinə su çəkilib. Çaylaq daşından olan kitabə akademik Məşədixanım Nemət tərəfindən aşkarlanaraq şəkli onun "Azərbaycan epiqrafik abidələrinin korpusu" kitabında verilib.(II cild,Bakı-2001, səh 90,125 ) ... ... Deməli , Suvagil kəndi Baldırğanın yanında "Kaçappıri" dağının döşündə, yalçın qayaların qoynunda qartallar yuvası kimi məskən salıb. 1871-ci il dəqiq siyahıyaalma məlumatına görə saxurların sayı 21.357 nəfər idi.(Qafqaz dağlıları haqqında məlumat toplusu, Tiflis,1872) Onun 989 nəfəri Suvagildə yaşayırdı..." (səh 50-51)
Əsərdə Suvagil adının Suva- saxurca "dağ", qal - saxurca keçid mənasına gəlməsindən yazılır. Tarixçilərin variantı Suva-gel = dağda yaşayan gellər variantı da qeyd olunmuşdur. Lakin kəndin aran-dağ əraziləri arasında keçid rolunu oynaması və Qara çay vadisinində "Qal"-keçid aşırım mənasında öz əksini tapması bu toponimi dəstəkləyir. Dağ keçidi olan bu qədim kənd XX əsrin ortalarında Zaqatalanın düzən ərazisinə köçürülərək orada yeni kənd salınmışdır.
Bundan başqa əsərdə 1930-cu ildə Suvagildə güllələnən qolçomaqlar, sonrakı dövrdəki Suvagilli ziyalılar, o cümlədən saxur xalqı haqqında geniş məlumat verilmişdir.
Biz isə Caucaspedia olaraq 1855-ci ilə aid tarixi xəritədə Suvagil adini sizə təqdim edirik.
Xəritə: ((Karte vom Kaukasus nach der russischen General-Stabs-Karte in 4 Bl. und andern guten Materialien entworfen und gezeichnet von F. Handtke). (in upper margin:) Russisch-Turkischer Kriegsschauplatz in Asien. No. 2. (Lithographie, Druck und Verlag von C. Flemming in Glogau. 1855, Author:Berghaus, Heinrich))
Hiç yorum yok:
Yorum Gönder