Avar Ümmə xan
doğulub : 1761 və ya 1762 (Hicri təqvimlə 1175) - Xunzax
vəfat edib : 1801 – Balakən(1) və ya Ilisu(12)
Avar xanlığının başçısı kimi xanlığın ərazisini qonşu ərazilər hesabına genişləndirərək qüdrətli dövlət qurmuş, "Böyük xan" titulu almışdır(2)
Şəki, Quba, Şirvan, Dərbənd, Bakı xanlarından xərac almış, Osmanlı Axalsıx paşasının müttəfiqi olmuşdur.(3) Ümmə xan haqqında danışanlar onun cəsarətli və təşəbbüskar olduqlarını deyirler. Onun hakimiyyəti dövründə ordu bütün ləvazimatlarla yaxşı təmin oluna bilmiş, xüsusi döyüş bacarığına malik olmuşdur. Hakimiyyət dairəsi kicik olsa da, digər xalqlar üzərindəki təsiri böyük olmuşdur, belə ki, özünü Dagıstanın hakimi kimi təqdim etməsi haqqında Я. И. Костенецкого məlumat verir(4)
1785-ci ildə Qarabağlı Ibrahim xan və Gürcü II Irakli arasında vəziyyət pisləşir və Ibrahim xanın Dağıstandakı qohumlarına çağırısı ilə Ümmə xan ordusu ilə bura yürüş edir. Dağlıların komandanı asanlıqla Sıqnağı və Ermənistanın şimalındakı qalaları tutur. Ümmə xanın yürüşü o qədər təsirli olur ki, o yürüşü dayandırmayaraq cənuba doğru irəliləyə bilir. Naxçıvana getdikdən sonra qışlamaq üçün Axalsıxa qayıdır. Ümmə xan burada Osmanlının şərq qoşunlarının komandanı Süleyman Paşa ilə görüşür. Axalsıx paşası ilə əldə olunan razılığa əsasən, rusları Gürcüstandan sıxışdırıb çıxarmaq üçün paşa Kartalinidən, Ümmə xan isə Kaxetidən eyni vaxtda hücum etməli idi(5)
Ümmə xanın yardımı həmişə təmənnasız olmayıb. Müharibəni sənət hesab edən dağlı qoşunu bunun qarşılığında onları köməyə çağıran xanlardan xidmət haqqı tələb edirdi. Təkcə Qarabağ xanlığı yox, Quba xanlığı da dağlıların köməyindən istifadə etmişdir. Məsələn, Qubalı Fətəli xan 10 min nəfərlik avar,ləzgi,dargin və laklardan ibarət muzdlu qoşun saxlayırdı.
1780-cı ildə dağlılar bira daha İbrahim xanın çağırışına Qarabağa gəldilər. Amma xidmətləri üçün heç nə ala bilmədilər.Arxivlərdə göstərilir ki, bu yürüşdən qayıdan dağlılar Dərbəndə aid bəzi yerlərə dağıdıcı yürüş edirlər. Başqa bir arxivdə yazılır ki, “İbrahim xan xəracı ödəyə bilmədiyi üçün öz yerini tərk edib qaçır, bir çox kənd viran edilir, dağlılar iki min əsir və bir neçə min mal-qara ilə geri qayıdırlar”
1785-ci ildə gürcü çarı II İrakli Ümmə xanın növbəti hücumlarından birinin qarşısını almaq üçün rus-gürcü qoşunları ilə Sıqnaq qalasına gəlir.Rus Batalyonlarının komandanı polkovnik Burnoşov çar İrakliyə Qanığın keçidində Ümmə xanın qoşununa zərbə endirməyi təklif edir.Lakin İrakli Ümmə xanın gücünə daha yaxşı bələd idi. Məğlub olacaqlarını bildiyi üçün “Kaxetinin hərbi əməliyyat üçün əlverişli olmayan yerlərində müdafiə olunmağa” qərar verdi (5)
Həmin il yaz-yay aylarında Ümmə xan gürcü çarına tabe olan ərazilərə aramsız hücumlar edir. Bu hücumların qarşısında aciz qalan İraklinin yalvarışlarına isə yalnız sentyabrın 29-da cavab verir və hərbi əməliyyatların dayandırması üçün ondan hər il 10 min rubl bac ödəməsini, həmçinin döyüşlərdə əsir götürülmüş gürcü döyüşçülərinin hər birinə 50 rubl ödəməsini tələb edir (6)
1785-ci il avqust yürüşündə Ümmə xanın 20.000 nəfərlik qoşununun 9.000 nəfəri car-balakənlilərdən təşkil olunmuşdu(7)
Ertəsi gün əsirləri satın alacağını bildirən İrakli Ümmə xandan təzminat məsələsi həll edilənədək Qanığın o tayına, yəni sol sahilinə keçməsini xahiş edir. Lakin Ümmə xan geri qayıtmır. Oktyabrın 3-də Osmanlı imperiyasının hüdudlarına daxil olur və oradan İmereti Kartalini sərhədlərinə aramsız hücumlar edir. 1785-ci il noyabrın 29-da general Potyomkin Ümmə xanın bütün Gürcüstanı iflic vəziyyətinə salmış hücumlarının qarşısını almaq üçün ona 1000 çervon(qızıl) və bahalı tütün qutusu hədiyyə göndərir. Gürcü çarı İrakli isə tələb olunan bacı ödəyir (8)
Lakin bu, gürcü çarını və onun himayələrini növbəti hücumlardan xilas etmir. Əksinə XVIII əsrin sonu-XIX əsrin əvvəllərində bu hücumlar daha da intensivləşir. 1800-cü ilin avqustunda Ümmə xan növbəti dəfə böyük bir qüvvə ilə Gürcüstana yürüş edir. Ümmə xanın qüvvələri Balakəndə ikən bundan xəbər tutan gürcü çarı Georgi erməni əsilli çar generalı Lazaryevə iki batalyonla Kaxetiyə hərəkət etməsi üçün yalvarır. Lakin general Lazarev bu xəbərə əhəmiyyət verməyərək çar Georgiyə “ləzgilərə” qarşı gürcü qoşununu yollamağı tövsiyyə edir.
Gürcülər Sıqnağın kəndlərinin əhalisi müdafiə etmək üçün Sıqnaq qalsına toplayırlar.Lakin Ümmə xan Qanıxın sağ sahilinə keçməyə tələsmitdi. Oktyabr ayınadək Balakəndə qalan Ümmə xan dəstələrinə gürcü şahzadəsi Aleksandr və Qarabağlı İbrahim xan da öz dəstələri ilə qoşulurlar(9) Oktyabrın sonlarında Ümmə xan Qanıxı keçərək Qara Ağaca gəlir və burada qüvvələrini iki yerə bölür: dəstələrdən biri Tiflisə , digəri isə imeretinlər və şahzadə Aleksandrın qardaşları Vaxtanq,Yulon və Parnaozun hərbi qüvvələri ilə birləşmək üçün Kür çayını keçərək İmeretiyə doğru hərəkət etməli idi. Onların Gürcüstanın içərilərinə hərəkətinin qarşısını almağa çalışan rus hərbi dəstələri general Lazarevin komandanlığı altında Qabırrı(İori) çayına doğru hərəkət edir. Qabırrı çayının yaxınlığındakı düzənlikdə mövqe tutan rus hərbi dəstələri general Lazarev tərəfindən 3 cinaha ayrılır. 1) General –Mayor Qulyakovun dəstəsi sağ cinahda , 2)Lazarevin dəstələri sol cinahda mövqe tuturlar. İki cinah arasında-mərkəzdə isə gürcü şahzadələri İoann və Baqratın komandanlıq etdikləri gürcü hərbi qüvvələri yerləşdirilir. Tezliklə Ümmə xanın dəstələri Qabırrı çayının sol sahilində görünürlər. Ümmə xan sağ cinaha hücüm edir və öz atlı dəstəsi ilə onu iki tərəfdən mühasirəyə alır. Lakin həmin dövrün ən müasir silahları ilə təchiz olunan rus dəstələri hərbi texnikanın köməyi ilə vəziyyəti öz xeyirlərinə dəyişirlər, top atəşləri Ümmə xanın dəstələri arasında qarışıqlıq yaradır.(10) O, vaxt itirmədən yenidən qüvvələri səfərbər edir və mərkəzi cinaha-gürcü hərbi qüvvələrinə hücum edir. Bir dəstə atlı isə rus hərbi qüvvələrinin arxasına keçir. Lakin rus hərbi qüvvələrinin sağ cinahından aramsız açılan top atəşləri Ümmə xanın hücum planının uğurla başa çatdırılmasına imkan vermir. Üç saat davam edən döyüşdə Ümmə xan ağır yaralanır, iki sərkərdəsi həlak olur. İtkilər verən Ümmə xan öz hərbi qüvvələri ilə geriyə-Car-Balakənə çəkilir. Bu döyüşdən sonra döyüş iştirakçısı olan rus zabit heyəti mükafatlandırılır. General-mayor Lazarevə, Qulyakova, gürcü şahzadələri Baqrat və İohana müqəddəs İohan Yerusələmski ordeninin cəngavər xaçları, digər zabitlərə isə həmin ordenin kavaler xaçı təqdim edilir. Aşağı rütbəli döyüşçülə isə hər biri bir gümüş rublla mükafatlandırılırlar.(11)
Ümmə xan 1803-cü ildə deyilənə görə Balakəndə vəfat etmişdir.(1)Digər bir mənbədə isə İlisuda vəfat etdiyi deyilir.(12)
Mənbələr
1)Мирза Адигезаль-бек КАРАБАГ-НАМЕ
2)Геничутлинский X. Историко-биографические и исторические очерки / пер. Т. М. Айтберова. Махачкала, 1992
3)Магомедов М. История аварцев. Проверено 26 января 2013. Архивировано из первоисточника 2 февраля 2013
4)Я. И. Костенецкий Аварская экспедиция 1837 г. // «Современник» 1850 г., кн. 10—12 (отдельное издание: Записки об Аварской экспедиции СПб., 1851)
5) [Бутков П,Я – Материалы для новой истории Кавказа с 1722 по 1803 , 2-ци cild с 179]
6)Yenə orada səh. 180-185
7)Yenə orada səh.158
8)Yenə orada səh. 187,190
9)Дубровин, "история войн на Кавказе-1886"- с.320
10)Yenə orada səh 323,327
11)Yenə orada səh. 101,329
12)Аббас-Кули-ага Бакиханов. Гюлистан-и Ирам / Буниятов З. М. Баку, 1991